AZ   |   EN   |   RU

Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksinin ucaldılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

  1. Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksi ucaldılsın.
  2. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərindəki Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksinin tikintisini təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Əbədi məşəl» abidə kompleksinin tikintisinə 2 mlrd. manat məbləğində vəsaitin ayrılması barədə təklif versin.

Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 1998-ci il
№ 864