AZ   |   EN   |   RU

Bakının tarixində mühüm hadisələrin qısa xronologiyası

 

E.ə. VIII minillik

Abşeron yarımadasında ilk insan məskənlərinin meydana çıxması

E.ə. VI əsr

Abşeron yarımadası ərazisində Zərdüşt dininin müqəddəs yerlərindən olan “Atəşi-Baquan” şəhərinin yaranması

E.ə. VI əsr

Abşeron yarımadası ərazisində Zərdüşt dininin müqəddəs yerlərindən olan “Atəşi-Baquan” şəhərinin yaranması

E.ə. VI-V əsrlər

Ehtimallara görə “Qız qalası”nın birinci qatının tikildiyi dövr

E.ə.əsrin əvvəlləri

Hunların Azərbaycana hücumu

VII əsrin ortaları – VIII əsrin sonu

Xəzərlərin Azərbaycanda hökmranlığı

VIII əsrin əvvəlləri

İslamın Azərbaycanda hakim dinə çevrilməsi

IX əsrin 60-cı illəri

Şirvanın müstəqilliyinin bərqərar olunması

1027-1037

Şirvanşah Məhüçöhrün hökmranlığı

1078

Bakıda Məhəmməd məscidinin (“Sınıq qala”) - ən qədim yazılı memarlıq abidəsinin inşası

XI əsrin 70-80-ci illəri

Azərbaycanın Səlcuqlu dövlətinin tərkibinə daxil olması

1220-1222

Monqolların Azərbaycana birinci yürüşü

1231-1239

Monqolların Azərbaycana ikinci yürüşü

1258

Hülaku xanın başçılığı altında monqolların Azərbaycana üçüncü yürüşü, Şirvan və Bakının işğalı

1382-1417

Şirvanşah I İbrahimin hökmranlığı

1471-1465

Şirvanşah I Xəlilullahın hökmranlığı

XIV-XV əsrlər

Bakıda Şirvanşahlar Sarayı kompleksi binalarının tikintisi

1465-1500

Şirvanşah Fərrux Yəssarın hökmranlığı

1501

Şirvanşah Bəhram bəyin hökmranlığı

1501-1502

Şirvanşah Sultan Məhəmməd Qazinin hökmranlığı

1502-1524

Şirvanşah II Şeyx İbrahimin hökmranlığı

1524-1535

Şirvanşah II Xəlilullahm hökmranlığı

1538

Şirvanın Səfəvi dövlətinə birləşdirilməsi

1683

İsveç səfirliyinin Bakıya gəlməsi və onun tərkibində Bakını ilk dəfə öz yol qeydlərində təsvir etmiş E.Kempferin iştirak etməsi

1722-1723

I Pyotrun Xəzəryanı yürüşü. Rus qoşunları tərəfindən Xəzər dənizinin qərb və cənub-qərb sahillərinin işğalı

12 iyul, 1723

Rus eskadrası tərəfindən Bakının işğalı

XVIII əsrin 40-cı illəri

Azərbaycan ərazisində müstəqil və yarımmüstəqil xanlıqların yaranması

1804-1813

Rusiya-İran müharibəsi

3 oktyabr, 1806

Bakı xanlığının ləğvi

1828-1829

Rusiya-Türkiyə müharibəsi

10 aprel, 1840

“Zaqafqaziya diyarının idarəedilməsi üçün müəssisə” layihəsinin təsdiqi və Qafqazda Rusiyanın digər inzibati birləşmələri tərkibində Bakı qəzasının təşkili

1848

Dünyada ilk neft quyusunun Bakıda (Bibi-Heybətdə) qazılması

2 dekabr, 1859

Şamaxı quberniyasının Bakı quberniyası adı ilə əvəz edilməsi və Bakının quberniya şəhəri səviyyəsinə qaldırılması

1859

Bakıda (Suraxanıda) birinci neftayırma zavodunun inşası

İlk şəhər bağının salınması

1861

Rusiya donanmasının kapitan-leytenantı A.Ulski tərəfindən Bakının birinci fotoşəkillərinin çıxarılması

1863

Dünyada birinci Ağ neft zavodunun Bakıda tikilməsi

6 fevral, 1868

Bakı və Tiflis arasında teleqraf xəttinin açılması

1872

Rusiyada “neftli torpaqlar”a iltizam sisteminin ləğvi

1873

Azərbaycanda milli teatrın əsasının qoyulması

1874

Bakıda realnı məktəbin açılması

1878

Bakıda şəhər ictimai idarəsinin tətbiq edilməsi

1879

“Nobel qardaşlarının neft istehsalı şirkəti” səhmdar cəmiyyətinin əsasının qoyulması

may, 1883

Zaqafqaziya dəmir yolunun Bakı-Tiflis hissəsinin inşasının tamamlanması

1885

Xəzər-Qara dəniz Neft sənayesi və Ticarət cəmiyyətinin (Rotşild) təsis edilməsi

1889

Bakıda konkanın (tramvayın tətbiqinə qədər vaqonları atla hərəkətə gətirilən şəhər dəmir yolu, habelə bu yolda işləyən vaqon) işə salınması

1892

Bakıda birinci ictimai şəhər nəqliyyatının - konkanın istifadəyə verilməsi

avqust, 1894

N.Nərimanov tərəfindən Bakıda birinci qiraətxana-kitabxananın əsasının qoyulması

1894

Bakıda birinci sutəmizləyicinin işə salınması

1896

Bakıda görkəmli mesenat H.Z.Tağıyev tərəfindən Şərqdə birinci olan Qızlar məktəbinin açılması

Bakıda Kommersiya məktəbinin açılması

1897-1901

H.Z.Tağıyev tərəfindən Bakıda toxuculuq fabrikinin inşa edilməsi

1897-1907

Bakı-Batumi neft kəmərinin çəkilməsi

1898

“Rus nefti” Bakı cəmiyyətinin əsasının qoyulması

Mülki mühəndis Fon der Nonne tərəfindən Bakının birinci professional inkişaf planının tərtib edilməsi

mart, 1906

Bakıda “Nicat” Maarif Cəmiyyətinin yaranması

avqust, 1906

Azərbaycan müəllimlərinin birinci qurultayı

oktyabr, 1906

Bakıda “Neft sənayesi fəhlələri İttifaqı”nın yaradılması

12 yanvar, 1908

Ü.Hacıbəyovun Şərqdə birinci Azərbaycan operasının – “Leyli və Məcnun”un Bakıda səhnəyə qoyulması

1911

“Müsavat” partiyasının yaranması

Bakı su kəmərinin birinci xəttinin çəkilməsi

Bakıda birinci sement zavodunun inşası

20 yanvar, 1912

Rusiya Duması tərəfindən “Hökumətin yardımı sayəsində ödənc verib torpaqların xüsusi mülkiyyətə keçirilməsi vasitəsilə Zaqafqaziyada (o cümlədən Bakı quberniyasında) mülkədarlar, torpaq sahibləri ilə kəndlilər arasındakı müvəqqəti mükəlləfiyyətli, asılı münasibətlərin ləğvi haqqında” Qanunun qəbul edilməsi

1916

“Neft və milyonlar səltənətində” adlı birinci Azərbaycan bədii filminin yaradılması

27 fevral, 1917

Rusiyada Fevral burjua-demokratik inqilabının qələbəsi. Çar mütləqiyyətinin devrilməsi

6 mart, 1917

Bakı Fəhlə Deputatları Sovetinin yaradılması

23 fevral, 1918

Zaqafqaziya seyminin yaradılması

29-31 mart, 1918

Ermәni-bolşevik silahlı qüvvələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməsi

25 aprel, 1918

Bakı Xalq Komissarları Sovetinin yaradılması

26 may, 1918

Zaqafqaziya seyminin buraxılması

2 iyun, 1918

“Neft sənayesinin milliləşdirilməsu haqqında” Bakı Xalq Komissarları Sovetinin dekreti

31 iyul, 1918

Bakıda Sovet hakimiyyətinin süqutu

1 avqust, 1918

İngilis qoşunları kontingentinin Bakıya yeridilməsi

12 avqust, 1918

Lenin adına polkun dərhal Bakıya göndərilməsi haqqında V.Leninin sərəncamı

15 sentyabr, 1918

Nizami türk qoşunlarının Bakıya daxil olması

25 avqust, 1919

İngilis qoşunlarının Bakıdan çıxarılması

27 aprel, 1920

Azərbaycanın müvəqqəti inqilab Komitəsinin yaradılması. Qırmızı Ordu qoşunlarının Bakıya yeridilməsi

28 aprel, 1920

Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olması

12 mart, 1922

Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaranması və Azərbaycan SSR-nin ona daxil olması

1923

Bakıda şəhərin yaşıllaşdırılması üzrə tingliyin təməlinin qoyulması

aprel, 1923

Süni qum tökülərək düzəldilmiş limanın yerində dünyada birinci “İliç buxtası” neft mədəninin yaradılması

2 noyabr, 1923

“Azərbaycanın tədqiq edilməsi və öyrənilməsi” cəmiyyətinin yaradılması

1924-1937

Bakının Baş İnkişaf Planları variantlarının işlənib hazırlanması

8 fevral, 1924

Bakıda birinci tramvay xəttinin işə salınması

6 iyun, 1926

Bakını Balaxanı-Sabunçu sənaye rayonu ilə birləşdirən, SSRİ-də birinci elektrik dəmir yolu xəttinin açılışı

sentyabr, 1932

SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin yaradılması

oktyabr, 1935

SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı kimi yenidən təşkili

1936

SSRİ Xalq Komissarları Soveti və Ümumrusiya Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən “İnşaat işinin yaxşılaşdırılması və tikintinin ucuzlaşdırılması barədə” qərarın qəbul edilməsi

4 mart, 1936

Bakıda Azərbaycan memarlarının birinci qurultayı

22 iyun, 1941

Alman qoşunlarının SSRİ-yə qarşı təcavüzünün, Böyük Vətən müharibəsinin başlanması

25 iyun, 1942 –9 oktyabr 1943

Qafqaz uğrunda döyüşlər

23 mart, 1945

SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Azərbaycan SSR Elmlər Akademiyası kimi yenidən təşkili

9 may, 1945

Faşist Almaniyası üzərində Qələbə günü

5 yanvar, 1946

SSRİ Xalq Komissarları Sovetinin “Bakı şəhərinin şəhər təsərrüfatının yaxşılaşdırılması tədbirləri haqqında” qərarı

noyabr, 1949

“Neft daşları” rayonunda dünyada ilk dəniz neft quyusunun qazılması

1 noyabr, 1950

Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması

1952-1954

Dövlət Layihə İnstitutunun kollektivi tərəfindən Bakı şəhərinin 1976-cı ilədək Baş İnkişaf Planının işlənib hazırlanması

1960

Bakıda evtikmə kombinatının inşası

5 noyabr, 1960

Bakıda SSRİ-də birinci açıq tipli “Şimal” İstilik Elekrtik Stansiyası qurğusunun işə salınması

1967

Bakı metropoliteninin birinci növbəsinin açılışı

12 iyul, 1969

Azərbaycan KP MK-nın Plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi

28 mart, 1971

Azərbaycan yataqlarının sənaye tədqiqinin başlanğıcından etibarən bir milyard ton neftin hasil olunması

25 dekabr, 1975

Bakıda Məişət Kondisionerləri zavodunun işə salınması

5 mart, 1976

Sov.İKP MK-nın plenumunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Siyasi Büro üzvlüyünə namizəd seçilməsi

24 noyabr, 1977

SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Bakı şəhərinin Lenin ordeni ilə təltif olunması

24 avqust, 1979

SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H. Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verilməsi

16 aprel, 1980

1979-cu ilin nəticələri üzrə qələbəyə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası və ÜİLKGİ MK tərəfindən Bakı şəhərinə keçici Qırmızı Bayrağın təqdim edilməsi

1982

2000-ci ilədək Bakı şəhərinin iqtisadi və sosial inkişafının Baş Planının işlənib hazırlanması

17 noyabr-4 dekabr, 1988

Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasına etiraz əlaməti olaraq Bakıda kütləvi mitinqlərin keçirilməsi

19-20 yanvar, 1990

Sovet qoşunlarının Bakıya yeridilməsi və Bakıda Qanlı Yanvar hadisələri

18 oktyabr, 1991

Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi

14-15 may, 1992

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi

4 iyun, 1993

“Gəncə hadisələri” - Azərbaycanda vətəndaş müharibəsinin başlanması təhlükəsi

3 oktyabr, 1994

Heydər Əliyevin ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilməsi

12 noyabr, 1995

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi

19 oktyabr, 1997

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) xətti ilə ilk neft kəmərinin işə düşməsi: Bakı-Novorossiysk

12 noyabr, 1997

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Çıraq-1” qazma dəniz platformasında ilk neft hasilatı

29 dekabr, 1998

Azərbaycan Respublikasının Prezidentinin “Bakı şəhərinin Dənizkənarı bulvarına milli park statusunun verilməsi haqqında” 50 saylı sərəncamının imzalanması

17 fevral, 2003

Azərbaycan Respublikasının Prezidentinin “İçərişəhər tarixi-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” 1145 saylı sərəncamının imzalanması

10 fevral, 2005

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” 629 saylı sərəncamının imzalanması

27 fevral, 2006

"Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" nın qəbul edilməsi 

18 avqust, 2006

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin mühafizəsi və bərpası haqqında” 1633 saylı sərəncamının imzalanması

19 dekabr, 2007

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah Məbədi" Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında” 2564 saylı sərəncamının imzalanması

10 yanvar, 2008

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı bulvar idarəsinin yaradılması haqqında” 699 saylı sərəncamının imzalanması

16 dekabr, 2009

Azərbaycan Respublikasının Prezidentinin “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə” sərəncamının imzalanması

10 fevral, 2010

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin daxil edilməsi

12 mart, 2010

Bakı Biznes Mərkəzinin açılışı

16 mart, 2010

Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışı

26 aprel, 2010

Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi

17 may, 2010

Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsinin açılışı

1 sentyabr, 2010

Bakıda Dövlət Bayrağı Meydanının açılışı

9 noyabr, 2010

Bakıda Dövlət Bayrağı Muzeyinin açılışı

4 may, 2011

"Bakı şəhərinin qəsəbələrinin 2011-2013-cü illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın qəbul edilməsi   

24 dekabr, 2011

“Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimi

26 dekabr, 2011

Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda muzeyin açılması

29 dekabr, 2011

Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılması

21 fevral, 2012

Bakıda Nəsimi rayonu ərazisində xalq qəhrəmanı Koroğlunun abidəsinin açılış mərasimi

7 may, 2012

25000 nəfərlik tamaşaçı yeri olan “Baku Crystal Hall”un açılışı

10 may, 2012

Bakıda Heydər Əliyev Mərkəzinin açılışı

26 may, 2012

Bakıda “Avroviziya” müsabiqəsinin finalının keçirilməsi

29 iyun, 2012

Bakıda Krans Montana Forumunun rəsmi açılışı

8 aprel, 2013

Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) keçirilməsi

7 may, 2013

Bakıda I Cənubi Qafqaz Forumunun keçirilməsi

30 may, 2013

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı

13 dekabr, 2013

Bakıda “Kitabi-Dədə Qorqud” abidəsinin və Dədə Qorqud parkının açılışı

17 yanvar, 2014

"Bakı şəhərinin qəsəbələrinin 2014-2016-cı illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın qəbul edilməsi

3 fevral, 2014

Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsinin açılışı

16 aprel, 2014

Bakıda Milli Gimnastika Arenasının açılışı

28 aprel, 2014

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı

2 oktyabr, 2014

Bakıda IV Beynəlxalq Humanitar Forumun keçirilməsi

26 dekabr, 2014

Bakıda Heydər məscidinin açılışı

18 may, 2015

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi

1 iyun, 2015

Bakı Ağ Şəhər bulvarının açılışı

8 iyun, 2015

Bayıl bulvarının açılışı

12-28 iyun, 2015

“Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi

1-13 sentyabr, 2016

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi

29-30 sentyabr, 2016

Bakıda V Beynəlxalq Humanitar Forumun keçirilməsi

24 dekabr, 2016

İçərişəhərdə Marionet Teatrının açılışı

2 fevral, 2017

Görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılışı

16 mart, 2017

Bakıda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun keçirilməsi

5 may, 2017

Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi

12-22 may, 2017

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi

30 oktyabr, 2017

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasimin keçirilməsi

8 noyabr, 2017

Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimin keçirilməsi

21 dekabr, 2017

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilməsi

15-16 mart, 2018

Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun keçirilməsi

28 may, 2018

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilməsi

29 may, 2018

Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi

26 iyun, 2018

Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi paradın keçirilməsi

15 sentyabr, 2018

Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradın Azadlıq meydanında keçirilməsi

29 yanvar, 2019

"2019-2023-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi

14-16 mart, 2019

"Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı forumunun keçirilməsi

2-3 may, 2019

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi

10 dekabr, 2020

Bakıda işğalçı Ermənistan üzərində parlaq qələbə münasibətilə “Azadlıq” meydanında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəfər paradının keçirilməsi

29 may, 2021

Bakı Metropoliteninin "8 Noyabr" stansiyasının istifadəyə verilməsi

4-6 iyun, 2021

Formula-1 üzrə dünya çempionatının altıncı mərhələsi - Azərbaycan-Grand Prisinin keçirilməsi

26-29 may, 2022

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda ilk dəfə "Texnofest Azərbaycan" Aerokosmik və Texnologiya festivalının keçirilməsi

2-6 oktyabr, 2023

Bakıda 74-сü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi

11-23 noyabr, 2024

Bakıda Azərbaycanın sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  keçirilməsi

4 april, 2025

"Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi