İnzibati-ərazi bölgüsü
Paytaxt Bakı Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhərdir. Bakı Azərbaycanın elm, təhsil, mədəniyyət, sənaye, idman və turizm mərkəzidir.
Sovetlər dönəmində də Bakı şəhəri Azərbaycan SSR-in paytaxtı olaraq, SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri idi. Şəhərin mərkəzi hissəsi ətrafındakı şəhərtipli qəsəbələr, sənaye müəssisələri, mədənlər, kənd təsərrüfatı sahələri, kurort yerləri ilə birlikdə Böyük Şəhər aqlomerasiyasını təşkil edirdi. Sovetlər dönəmində inzibati cəhətdən Bakı şəhər sovetliyi tərkibində 47 şəhərtipli qəsəbəsi olan 10 inzibati rayona (Nəsimi, Oktyabr, 26 Bakı komissarı, Nərimanov, Şaumyan, Lenin, Orconokidze, Əzizbəyov, və Qaradağ) bölünmüşdü.
1991-ci ildə Sovet ittifaqının dağılması nəticəsində Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu və Bakı şəhəri paytaxt olmaqla, Azərbaycan Respublikası dünya dövlətləri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı. Müstəqillik ərəfəsində və müstəqillik dövründə Bakı şəhərinin inzibati-ərazi bölgüsündə dəyişikliklər edilmiş, bir sıra rayon və qəsəbələrin adları dəyişdirilmişdir.
Ən böyük adaları: Pirallahı - 14,4 kv. km, Çilov 11.5 kv.km, Xərə-Zirə 3,5 kv.km, Böyük-Zirə 1,4 kv.km.
Hazırda Bakı şəhəri 12 rayon və 59 qəsəbədən ibarətdir.
Bakı şəhərinin rayon və qəsəbələri
- Binəqədi rayonu (qəsəbələri: M.Ə.Rəsulzadə, Biləcəri, Xocasən, Sulutəpə, 28 May)
- Qaradağ rayonu (qəsəbələri: Korgöz, Müşfiqabad, Qobustan, Puta, Səngəçal, Çeyildağ, Ümid, Ələt, Baş Ələt, Yeni Ələt, Kotal, Şıxlar, Pirsaat, Qarakosa, Qızıldaş, Şonqar, Sahil, Qaradağ, Lökbatan, Heybət, Şubanı)
- Xəzər rayonu (keçmiş Əzizbəyov) rayonu (qəsəbələri: Mərdəkan, Binə, Şağan, Buzovna, Qala, Şüvəlan, Türkan, Zirə)
- Səbail rayonu (qəsəbələri: Badamdar, Bibiheybət)
- Sabunçu rayonu (qəsəbələri: Bakıxanov, Zabrat, Kürdəxanı, Maştağa, Nardaran, Pirşağı, Sabunçu, Balaxanı, Bilgəh, Ramana)
- Suraxanı rayonu (qəsəbələri: Suraxanı, Yeni Suraxanı, Bülbülə, Hövsan, Zığ, Əmircan, Qaraçuxur)
- Pirallahı rayonu (qəsəbələri: Pirallahı, Çilov, Neft Daşları, Gürgən )
- Nizami rayonu (qəsəbəsi Keşlə)
- Xətai rayonu (qəsəbəsi Əhmədli)
- Nərimanov rayonu
- Nəsimi rayonu
- Yasamal rayonu
Bakı şəhərinin rayonlarının yaranma tarixi haqqında məlumat
Rayon |
Yaranma tarixi |
Qeyd |
|
1 |
Binəqədi |
24.11.1931 |
24.11.1934-cü ildən 29.04.1992-ci ilədək Kirov rayonu adlanmışdır. |
2 |
Xətai |
03.11.1934 |
03.11.1934-cü ildən 05.01.1990-cı ilədək Şaumyan rayonu adlanmışdır. |
3 |
Xəzər |
03.11.1934 |
03.11.1934-cü ildən 23.06.1966-cı ilədək Artyom rayonu, 07.05.2010-cu ilədək Əzizbəyov rayonu adlanmışdır. |
4 |
Qaradağ |
24.11.1931 |
24.11.1931-ci ildən 27.03.1933-cü ilədək Puta-Şubanı rayonu, 26.07.1957-ci ilədək Molotov rayonu, 15.03.1963-cü ilədək Qaradağ rayonu, 23.06.1966-cı ilədək Əzizbəyov rayonu adlanmışdır. |
5 |
Nərimanov |
24.11.1931 |
24.11.1931-ci ildən 26.07.1957-ci ilədək Keşlə rayonu adlanmışdır. |
6 |
Nəsimi |
13.06.1969 |
- |
7 |
Nizami |
21.11.1980 |
- |
8 |
Pirallahı |
21.12.2012 |
Xəzər rayonunun inzibati-ərazi bölgüsünə dəyişiklik edilərək yaradılmışdır. |
9 |
Sabunçu |
24.11.1931 |
24.11.1931-ci ildən 29.04.1992-ci ilədək Lenin rayonu adlanmışdır. |
10 |
Səbail |
24.11.1931 |
24.11.1931-ci ildən 15.11.1961-ci ilədək Stalin rayonu, 29.04.1992-ci ilədək 26 Bakı Komissarları rayonu adlanmışdır. |
11 |
Suraxanı |
03.11.1934 |
03.11.1934-cü ildən 18.04.1990-cı ilədək Orconikidze rayonu adlanmışdır. |
12 |
Yasamal |
24.11.1931 |
24.11.1931-ci ildən 29.04.1992-ci ilədək Oktyabr rayonu adlanmışdır. |
Bakı şəhərinin ləğv edilmiş rayonları haqqında məlumat
Rayonlar |
Yaranma tarixi |
Ləğv edilməsi |
|
1 |
Caparidze |
24.01.1939-cu il |
04.12.1956-cı ildə ləğv edilərək Yasamal rayonuna verilmişdir. |
2 |
Dzerjinski |
24.11.1931-ci il |
03.12.1959-cu ildə ləğv edilərək Nərimanov rayonuna verilmişdir. |
3 |
Duvannı |
05.04.1951-ci il |
04.12.1956-cı ildə ləğv edilərək Qaradağ rayonuna verilmişdir. |
4 |
Ələt |
24.11.1931-ci il |
11.02.1940-cı ildə ləğv edilərək Qaradağ rayonuna verilmişdir. |
5 |
Kaqanoviç |
24.11.1931-ci il |
26.09.1955-ci ildə ləğv edilərək Suraxanı rayonuna verilmişdir. |
6 |
Korgöz |
11.02.1940-cı il |
26.04.1945-ci ildə ləğv edilərək Qaradağ rayonuna verilmişdir. |
7 |
Maştağa |
24.11.1931-ci il |
10.12.1932-ci ilədək Qala-Maştağa rayonu adlanmışdır. 03.12.1959-cu ildə ləğv edilərək Xəzər rayonuna verilmişdir. |
8 |
Şəhər |
24.11.1931-ci il |
04.12.1956-cı ildə ləğv edilərək Nizami rayonuna verilmişdir. |
9 |
Voroşilov |
24.11.1931-ci il |
03.12.1959-cu ildə ləğv edilərək Səbail rayonuna verilmişdir. |