AZ   |   EN   |   RU

Əhali

2021-ci ilin əvvəlinə əsasən, Bakı şəhərinin əhalisinin sayı 2300,5 nəfərdir. Bakı şəhərinin tabeçiliyində 12 inzibati rayon, rayonların tərkibində isə 59 qəsəbə mövcuddur. Bakı şəhərinin qəsəbələrinin əhalisi 964.500 nəfər təşkil etmişdir. (01.01.2018). 

XIX əsrin əvvəllərinədək sırf türk-müsəlman şəhəri olan Bakının əhalisinin sayının dinamik inkişafına və etnik tərkibinin sürətlə dəyişməsinə bir sıra amillər səbəb olmuşdur. Statistik məlumatlar göstərir ki, 1851-ci ildə şəhərdə 7.431 türkdilli müsəlman var idi. 1859-cu ildə Şamaxı zəlzələsinin baş verməsindən sonra quberniya mərkəzi Bakıya köçürülmüş və bundan sonra şəhərin əhalisi sürətlə artmışdı. 1863-cü ildə şəhərdə 14.500 nəfər yaşayırdı. Bakıda neft mədənlərinin kütləvi surətdə istismarı şəhər əhalisinin sürətlə artmasına səbəb olmuşdur. 1897-ci ildə şəhərdə 111.904 nəfər yaşamışdır. 1903-cü ildə Bakıda və onun ətraf qəsəbələrində 143.786 nəfər yaşamışdır. 1913-cü ildə Bakıda 214.672 nəfər yaşayırdı. 

Müsəlmanlar əsasən İçərişəhər qalasını əhatə edən tarixi mərkəzdə və şəhərin qərbində, digər xalqların nümayəndələri isə əsasən sənaye qurşağında və şəhərin şimalında yaşayırdılar. Şəhərin mərkəzində əhali qarışıq şəkildə yaşayırdı. Şəhərin etnik tərkibi digər bölgələrdən neft mədənlərində işləməyə gələnlər və köçkünlər sayəsində böyük ölçüdə dəyişmişdir. 1926-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 527.200 nəfər əhali yaşayırdı. 1939-cu ildə Bakının 791.200 nəfər əhalisi olmuşdur. 1959-cu ildə Bakıda 987.200  nəfər əhali yaşamışdır. Sovet hakimiyyətinin 70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə Bakıda 1.265.500 nəfər əhali yaşamışdır. 1979-cu ildə şəhərdə 1.549.800 nəfər əhali olmuşdur. 1988-ci ildən etibarən şəhərin etnik tərkibində dəyişiklik baş vermişdir. Bakının demoqrafik və etnik mənzərəsinin qismən dəyişməsinə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, bu iddianı silah gücünə reallaşdırmaq yolunu tutması və Ermənistanda yaşayan azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti yeritməsi nəticəsində miqrasiya proseslərinin sürətlənməsi səbəb olmuşdur. 1999-cu ildə Bakı şəhərində 1.788.854 nəfər əhali yaşamışdır. 2009-cü ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə Bakı şəhərində 2.045.815 nəfər qeydə alınmışdır.

Hazırda Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Konfessional baxımdan onların 721-i islam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Azərbaycanda həmçinin 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bakıda isə 3 pravoslav, 1 katolik, 1 erməni kilsəsi, 1 lüteran kilsəsi və 2 sinaqoq vardır.
 

Bakı şəhərinin ərazisi, əhalisinin sayı və sıxlığı

 

Şəhər və rayon

Ərazi, min

kv.km

Əhalinin sayı (min nəfər)

01.01.2021-ci il tarixə 

1 kv.km.-ə düşən əhalinin sıxlığı,nəfər

 

2009-cu il siyahıya alınması üzrə

01.01.2021-ci il vəziyyətinə

 

Bakı şəhəri

2,14

2045,8

2300,5

1075

O cümlədən rayonlar

       

Binəqədi rayonu

0,17

238,5

268,4

1579

Qaradağ rayonu

1,8

107,4

127,9

118

Xəzər rayonu

0,37

151,2

168,4

455

Səbail rayonu

0.03

90,2

102,6

3420

Sabunçu rayonu

0,24

220,5

247,2

115

Suraxanı rayonu

0,12

196,6

222,0

1850

Nərimanov rayonu

0,02

161.2

179,8

8990

Nəsimi rayonu

0,01

208,1

222,6

22260

Nizami rayonu

0,02

177,8

201,8

10090

Pirallahı rayonu

0,03

17,5

20,6

687

Xətai rayonu

0,03

244,9

289,4

9663

Yasamal rayonu

0,02

231,9

249,3

12465

 

Bakı şəhəri üzrə əhalinin sayının dəyişməsi 
(min nəfər)
 

 İllər 

 Əhalinin say 

 İl əzində ümumi artım

 Min nəfər 

 İl əzində ümumi artım

 Faizlə

1897

112,2

-

-

1920

312,7

-

-

1926

527,2

--

-

1939

791,2

-

-

1959

987,2

-

-

1970

1265,5

32,8

2,6

1971

1298,3

29,4

2,3

1972

1327,7

29,6

2,2

1973

1357,3

29,6

2,2

1974

1386,9

30,6

2,2

1975

1417,5

30,3

2,1

1976

1406,1

35,1

2,4

1977

1482,9

31,9

2,2

1978

1514,8

35,0

2,3

1979

1549,8

20,9

1,3

1980

1570,7

24,3

1,5

1981

1595,0

20,7

1,3

1982

1615,7

21,9

1,4

1983

1637,6

23,5

1,4

1984

1661,1

31,8

1,9

1985

1692,9

28,7

1,7

1986

1721,6

19,1

1,1

1987

1740,7

31,0

1,8

1988

1771,7

23,2

1,3

1989

1794,9

12,9

0,7

1990

1807,8

45,6

2,5

1991

1762,2

15,6

0,9

1992

1746,6

11,8

0,7

1993

1758,4

6,1

0,3

1994

1764,5

1,0

0,1

1995

1765,

55,5

0,3

1996

1771,0

8,0

0,5

1997

1779, 0

6,5

0,4

1998

1785,5

3,4

0,2

1999

1788,9

17,

5 1,0

2000

1806,4

20,

5 1,1

2001

1826,9

20,6

1,1

2002

1847,5

20,7

1,1

2003

1868,2

20,8

1,1

2004

1889,0

25,4

1,3

2005

1914,4

28,1

1,5

2006

1942,5

29,5

1,5

2007

1972,0

33,6

1,7

2008

2005,6

40,2

2,0

2009

2045,8

18,8

0,9

2010

2064,6

27,8

1,3

2011

2092,4

29,9

1,4

2012

2122,3

28,5

1,3

2013

2150,8

31,0

1,4

2014

2181,8

22,4

1,0

2015

2204,2

21,6

1,0

2016

2225,8

20,0

0,9

2017

2245,8

16,8

0,7

2018

2262,6

-

-

2019

2277,5

-

-

2020

2293,1

-

-

2021

2300,5

-

-

Qeyd: Bakı şəhərinin və onun ətraf qəsəbələrinin əhalisi haqqında daha ətraflı məlumatı Bakı Şəhər Statistika İdarəsinin https://www.baku.azstat.org/ saytından əldə etmək olar.