AZ   |   EN   |   RU

Bibiheybət məqbərəsinin yanında basdırılmış Qubalı Fətəli xanın məzarı üçün mütəvəlli təyin olunması haqqında Əhməd xanın hökmü

Hökm 1790-cı ilin fevral ayında verilmişdir.
Surət.
SSRİ EA Leninqrad arxivi, B. A. Dornun fondu, № 776, siyahı 1. № 632.

O əziz və yüksək şanlıdır

Ali hökm verildi o haqda ki, yüksək mərhəmət bütün əzəmətli şeyxlərin əhvalına və hörməti lazım olan bu siniflərin hamısına şamil olduğuna, bu məsud axirətli tayfanın ümid və arzu gülşəni yüksək Allahın mərhəmət neysani buludlarının damcıları sayəsində yaşıl və təzə qaldığına görə hazırkı xoş kələcəkli txaquy ilin 11-ci ayından etibarən bibiheybətli Şeyx Ələkbərin oğlu, Şeyxliyin pənahı Şeyx Ələsgəri şahın yüksək rütbəli kölələri olmuş ata-babaları kimi bütün cəhətlərdən azad edərək, bağışlayıb və yazılı göstərişlərdən kənar etmişik ki, rifah şəraitində və azad surətdə öz doğma kəndində sakin olsun. Rizvanməkanlı və behiştyurdlu xan babamın (allah onu behişt bağlarında əbədi etsin) pakizə məzarının xidmətçiliyini qeyd olunan həzrətin hümmətli öhdəsinə tapşırıb qərar vermişik ki, bütün vaxtlarını həmin allahdan qorxan və bağışlanılmış mərhumun şərif qəbirinə xidmət etməyə, doğru məram və saf ürəklə onun pakizə ruhunun şadlığı üçün biliklər padşahı sayılan allah kəlamı quran oxumağa sərf etsin. Yüksək Allahın müqəddər buyurduğu təqdirdə, ifa olunmuş bu xidmətlərin müqabilində yüksək məqamın cürbə- cur mehribanlığı və həddən artıq mərhəməti ilə başı uca olacaqdır. Belə qərar verilir ki, mühüm divan işlərinin mübaşirləri həmin adamı bağışlanılmış şəxsin şərif qəbrinin ümuratına baxan mütəvəlli bilərək, onun əhvalına təcavüz etməyib əziyyət verməsinlər. Bu haqda verilən köstərişi vacib bilərək özlərini vəzifədar hesab etsinlər.
Yazıldı: 1204-cü il cümadi üs-sani ayının 8-də.
Möhür izi: «Nə qədər ki, ayın bayrağı göy qübbəsində dalğalanır, Əlinin qələbəsindən Əhmədin bayrağı da yüksək saxlanacaq.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 74.

Qeyd: Orta əsrlərə aid sənədlərdəki bəzi terminlərin izahı:

1. Mütəvəlli (ərəbcə) islam dininin şəriət ehkamı üzrə tərtib edilmiş vəqfnamə adlı müvafiq sənəd əsasında müəyyən vəqf əmlakını idarə etməyə vəzifədar olan adama deyilir.
2. Dərviş (ərəbcə) fəqir və möhtac adam mənasını daşıyır. Orta əsrlərdə özünü islam dininin sufi təriqətinə mənsub edən, həmin təriqətin müddəalarını yayan, yaşayış məskənindən imtina edərək bütün ömrünü xanəkahlarda xidmət, ibadət və riyazətlə keçirəi adamlara dərviş deyirdilər.
3. Muxdavənd (ərəbcə) ehtimal ki, orta əsrlərdə Bakı limanında gəmiçilərə muxdavənd deyilirmiş. 
4. Tiyuldar (ərəbcə) tiyul sahibi deməkdir. 
5. Soyurğal istilahı müəyyən ərazidə işləyən kəndlilərdən toplanılan vergilərin şah tərəfindən müəyyən adama bağışlanılması mənasında işlədilmişdir. Bu istilahı tiyul istilahından fərqləndirən cəhət soyurğalın daimi olaraq verilməsi və onun nəsildən-nəslə keçməsidir. Soyurğal alan şəxs, yəni sahib soyurğal (ərəbcə) bir çox hallarda müəyyən məntəqədə tam ixtiyara malik bir mülkədar kimi hökmranlıq edir və bilavasitə özü kəndlilərdən cüfbəcür vergilər toplayırmış.
6. Cüftbaşı (ərəbcə) bir mövsüm ərzində iki öküzlə şumlanıb əkilmiş sahənin məhsulundan alınan vergi mənasında işlədilmişdir.
7. Dəstkahbaşı (ərəbcə) Şirvanda, o cümlədən Abşeronda dəstgahbaşı vergisi toxuculuq dəzgahları hesabına ildə bir dəfə dövlət xəzinəsi xeyrinə toplanırmış.
8. Yurtanə (ərəbcə) çox ehtimal ki, yurd üçün alınan vergi istilahı olmuşdur. Azərbaycan dilində yaşayış yeri, ev və ya düşərgə mənasında işlədilən yurd sözü fars dili tərkibinə daxil olunduqda yurt (ərəbcə) kimi qəbul olunmuş və eyni mənalarda işlədilmişdir. Abşeronda yaşayış məskənləri, evlər və düşərkələr hesabına ildə bir dəfə yurtanə vergisi toplanırmış.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 40-60.