Bakı dünyanın ən gözəl və böyük şəhərlərindəndir. Müxtəlif dövrlərdə Şirvanşahlar dövlətinin, Bakı xanlığının, Bakı quberniyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin paytaxtı kimi, Bakı şəhəri günbəgün daha da gözəlləşir və inkişaf edir.
Bakıda və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmışlar. Buna səbəb Bakının Xəzər dənizinin sahilində, şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsində yerləşməsi, zəngin neft və qaz yataqlarının mövcudluğudur.
Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan, ingilis və rus dillərində hazırladıqları “Bakı” layihəsi qədim dövrlərdən bu günə kimi Bakının keçdiyi tarixi yolu işıqlandırır və onun müxtəlif aspektlərdən real mənzərəsini canlandırır.
Bakının tarixinə aid sənədlər, məşhur bakılılar haqqında bioqrafik məlumatlar, köhnə və müasir Bakının foto və video qalereyaları, Bakı haqqında müxtəlif dillərdə yazılmış kitab və məqalələrin elektron versiyaları və biblioqrafik məlumatlar layihədə öz əksini tapmışdır.