AZ   |   EN   |   RU

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılsın.
2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılsın ki, Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin. 
 
 

Azərbaycan Respublikasının Baş naziri 
Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 22 dekabr 2018-ci il
№ 559