AZ   |   EN   |   RU

İnzibati-ərazi bölgüsü

Paytaxt Bakı Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhərdir. 

Bakı Azərbaycanın elm, təhsil, mədəniyyət, sənaye, idman və turizm mərkəzidir.

Sovetlər dönəmində də Bakı şəhəri Azərbaycan SSR-in paytaxtı olaraq, SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri idi. Şəhərin mərkəzi hissəsi ətrafındakı şəhərtipli qəsəbələr, sənaye müəssisələri, mədənlər, kənd təsərrüfatı sahələri, kurort yerləri ilə birlikdə Böyük Şəhər aqlomerasiyasını təşkil edirdi. 

Sovetlər dönəmində inzibati cəhətdən Bakı şəhər sovetliyi tərkibində 47 şəhərtipli qəsəbəsi olan 10 inzibati rayona (Nəsimi, Oktyabr, 26 Bakı komissarı, Nərimanov, Şaumyan, Lenin, Orconogidze, Əzizbəyov, və Qaradağ) bölünmüşdü. 

1991-ci ildə Sovet ittifaqının dağılması nəticəsində Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu və Bakı şəhəri paytaxt olmaqla, Azərbaycan Respublikası dünya dövlətləri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı.

Müstəqillik ərəfəsində və müstəqillik dövründə Bakı şəhərinin inzibati-ərazi bölgüsündə dəyişikliklər edilmiş, bir sıra rayon və qəsəbələrin adları dəyişdirilmişdir. 

Ən böyük adaları: Pirallahı - 14,4 kv. km, Çilov 11.5 kv.km, Xərə-Zirə 3,5 kv.km, Böyük-Zirə 1,4 kv.km. 

Hazırda Bakı şəhəri 12 rayon və 59 qəsəbədən ibarətdir. 

Bakı şəhərinin rayon və qəsəbələri

  • Binəqədi rayonu (qəsəbələri: M.Ə.Rəsulzadə, Biləcəri, Xocasən, Sulutəpə, 28 May)
  • Qaradağ rayonu (qəsəbələri: Korgöz, Müşfiqabad, Qobustan, Puta, Səngəçal, Çeyildağ, Ümid, Ələt, Baş Ələt, Yeni Ələt, Kotal, Şıxlar, Pirsaat, Qarakosa, Qızıldaş, Şonqar, Sahil, Qaradağ, Lökbatan, Heybət, Şubanı) 
  • Xəzər rayonu (keçmiş Əzizbəyov) rayonu (qəsəbələri: Mərdəkan, Binə, Şağan, Buzovna, Qala, Şüvəlan, Türkan, Zirə) 
  • Səbail rayonu (qəsəbələri: Badamdar, Bibiheybət)
  • Sabunçu rayonu (qəsəbələri: Bakıxanov, Zabrat, Kürdəxanı, Maştağa, Nardaran, Pirşağı, Sabunçu, Balaxanı, Bilgəh, Ramana) 
  • Suraxanı rayonu (qəsəbələri: Suraxanı, Yeni Suraxanı, Bülbülə, Hövsan, Zığ, Əmircan, Qaraçuxur) 
  • Pirallahı rayonu  (qəsəbələri: Pirallahı, Çilov, Neft Daşları, Gürgən )
  • Nizami rayonu (qəsəbəsi Keşlə) 
  • Xətai rayonu (qəsəbəsi Əhmədli)
  • Nərimanov rayonu 
  • Nəsimi rayonu  
  • Yasamal rayonu

Bakı şəhərinin rayonlarının yaranma tarixi haqqında məlumat

 

 

Rayon

Yaranma tarixi

Qeyd

1

Binəqədi

24.11.1931

24.11.1934-cü ildən 29.04.1992-ci ilədək Kirov rayonu adlanmışdır.

2

Xətai

03.11.1934

03.11.1934-cü ildən 05.01.1990-cı ilədək Şaumyan rayonu adlanmışdır.

3

Xəzər

03.11.1934

03.11.1934-cü ildən 23.06.1966-cı ilədək Artyom rayonu, 07.05.2010-cu ilədək Əzizbəyov rayonu adlanmışdır.

4

Qaradağ

24.11.1931

24.11.1931-ci ildən 27.03.1933-cü ilədək Puta-Şubanı rayonu, 26.07.1957-ci ilədək Molotov rayonu, 15.03.1963-cü ilədək Qaradağ rayonu, 23.06.1966-cı ilədək Əzizbəyov rayonu adlanmışdır.

5

Nərimanov

24.11.1931

24.11.1931-ci ildən 26.07.1957-ci ilədək Keşlə rayonu adlanmışdır.

6

Nəsimi

13.06.1969

-

7

Nizami

21.11.1980

-

8

Pirallahı

21.12.2012

Xəzər rayonunun inzibati-ərazi bölgüsünə dəyişiklik edilərək yaradılmışdır.

9

Sabunçu

24.11.1931

24.11.1931-ci ildən 29.04.1992-ci ilədək Lenin rayonu adlanmışdır.

10

Səbail

24.11.1931

24.11.1931-ci ildən 15.11.1961-ci ilədək Stalin rayonu, 29.04.1992-ci ilədək 26 Bakı Komissarları rayonu adlanmışdır.

11

Suraxanı

03.11.1934

03.11.1934-cü ildən 18.04.1990-cı ilədək Orconikidze rayonu adlanmışdır.

12

Yasamal

24.11.1931

24.11.1931-ci ildən 29.04.1992-ci ilədək Oktyabr rayonu adlanmışdır.

 

Bakı şəhərinin ləğv edilmiş rayonları haqqında məlumat

 

 

Rayonlar

Yaranma tarixi

Ləğv edilməsi

1

Caparidze

24.01.1939-cu il

04.12.1956-cı ildə ləğv edilərək Yasamal rayonuna verilmişdir.

2

Dzerjinski

24.11.1931-ci il

03.12.1959-cu ildə ləğv edilərək Nərimanov rayonuna verilmişdir.

3

Duvannı

05.04.1951-ci il

04.12.1956-cı ildə ləğv edilərək Qaradağ rayonuna verilmişdir.

4

Ələt

24.11.1931-ci il

11.02.1940-cı ildə ləğv edilərək Qaradağ rayonuna verilmişdir.

5

Kaqanoviç

24.11.1931-ci il

26.09.1955-ci ildə ləğv edilərək Suraxanı rayonuna verilmişdir.

6

Korgöz

11.02.1940-cı il

26.04.1945-ci ildə ləğv edilərək Qaradağ rayonuna verilmişdir.

7

Maştağa

24.11.1931-ci il

10.12.1932-ci ilədək Qala-Maştağa rayonu adlanmışdır.

03.12.1959-cu ildə ləğv edilərək Xəzər rayonuna verilmişdir.

8

Şəhər

24.11.1931-ci il

04.12.1956-cı ildə ləğv edilərək Nizami rayonuna verilmişdir.

9

Voroşilov

24.11.1931-ci il

03.12.1959-cu ildə ləğv edilərək Səbail rayonuna verilmişdir.