AZ   |   EN   |   RU

Bakı limanına nazir təyin olunması haqqında fərman

Fərman 1564-cü ilin aprel ayında verilmişdir.
Surət.
SSRİ EA Leninqrad arxivi, B. A. Dornun fondu, № 776, siyahı 1, № 673.

Bu vaxt sədrlərin, habelə yer və dənizlərə sahib olan- lardan ən böyüyünün fərmanını təqdim etmiş Xəlifə Şeyx Zahidin (onun sərvət və səadəti var olsun) dindarlıq və əminliyini nəzərə alaraq onu dəniz sahillərindəki kəmiçilərin və tacirlərin naziri və başçısı tə’yin et- dik ki, həmin camaatın işlərinə çiddiyyətlə nəzarət etsin, yaxşı və yaman [vaxtlarında] onlara baş çəksin. Dava və düşmənçiliklərə son qoyub ayırd etsin. Ərzə çatdırılması vacib olan işləri ən yüksək məqama çatdırsın və əmr olunan qayda üzrə əməl etsin. Muxdavəndlərin və dəniz sahili tacirlərinin rəftar qaydası bundan ibarət olmalıdır ki, öz çətinliklərini ona açıb desinlər, onun məsləhətinə tabe olsunlar. Onun xəbəri olmadan ətrafda və bu tərəf, o tərəfdəki amillərə bir dinar belə lüzumsuz [pul] ödəməsinlər. Hökm və qayda-qanunun əleyhinə hərəkət etməyərək, verilmiş qayda üzrə rəftar etsinlər. Kənara çıxdıqları təqdirdə cəzalandırılacaqlarını bilsinlər.
Yazıldı: 971-ci ilin Rəməzan ayında.

Mənbə: Musəvi Tağı. Bakı tarixinə dair orta əsr sənədləri. Bakı: Azərb. SSR EA, 1967, s. 83-84.